“Mançester Yunayted”in sabiq hücumçusu Ueyn Runi “qırmızı şeytanlar”ın hansı məşqçiyə üstünlük verməli olduğu barədə fikrini bildirib.
Sportinfo.az xəbər verir ki, hazırda “Derbi”ni çalışdıran Runi Mouritsio Poçettino ilə Erik ten Haq arasında seçim edib.
O, üstünlüyü PSJ-in baş məşqçisinə verib:
“Poçettino Premyer Liqanı tanıyır. “Tottenhem” və “Sauthempton”a çoxlu gənc futbolçu üzə çıxardı.
Əgər bu ikili arasında seçim etməli olsam, Poçettinonu seçərdim. Ona güvənər və vaxt verərdim.
İndi məşqçilərə plan hazırlamaq üçün vaxt lazımdır və ona vaxt versəz, uğur qazanacaq”.

