Sportinfo.az xəbər verir ki, "Mançester Yunayted"in sabiq müdafiəçisi Rio Ferdinand Markus Reşfordun durumu haqda danışıb.
Ferdinandın fikrincə, baş məşqçi Ralf Ranqnik hücumçunun dəyərini bilmir:
“Ola bilər ki, pərdə arxasında yeni müqavilə ilə bağlı danışıqlar gedir, amma siz onun yerində olsaydınız, indiki situasiyada belə düşünərdiniz:
“Mən burada necə qala bilərəm? Əgər komanda hücumçusuz oynayacaqsa, mən necə yeni müqavilə bağlaya bilərəm?”
Onun mükəmməl olduğunu demirəm. Amma Reşfordun yerində olsaydım, düşünərdim ki, məşqçi iki yarımmüdafiəçini önə çıxarmaqla məni qiymətləndirmir.
Markus Ronaldo və ya Kavanini sıxışdırmaq potensialına sahib deyil. Amma məşqçi hücumçusuz sistemə üstünlük verirsə, bu, tamam başqa məsələdir.
Axı Reşford məşqlərdə nə qədər pis formada olmalıdır ki, məşqçi belə taktikaya üstünlük verməyə məcbur olsun?”.

