"Qalmasını istəyirik, davam etmək üçün hər cür şansı var"

4 Aprel 2022 12:00 İngiltərə 808
"Qalmasını istəyirik, davam etmək üçün hər cür şansı var"

“Çelsi”nin baş məşqçisi Tomas Tuxel komandanın kapitanı Sesar Aspilikuetanın gələcəyi ilə bağlı danışıb.

Sportinfo.az xəbər verir ki, Tuxel futbolçunun “Çelsi”də qalmasını istədiyini deyib:

“O bizim kapitanımızdır, “Çelsi”də qalmasını istəyirik. Aspilikuetanın “Çelsi”də oynamağa davam etmək üçün hər cür şansı var”.

Aspilikuetanın London klubu ilə müqaviləsi bu ilin yayında başa çatacaq. İspaniyalı müdafiəçi ilə “Barselona” yaxından maraqlanır.

Digər Xəbərlər
Xəbər Lenti
2 Sentyabr 16:10 Çək və bizə göndər!
2 Sentyabr 13:50 "Sportinfo TV”də GÜNDƏM