Ən çox qazanan 3 futbolçudan biri oldu - Yeni müqavilə ilə

2 Aprel 2022 18:20 İngiltərə 557
Ən çox qazanan 3 futbolçudan biri oldu - Yeni müqavilə ilə

“Mançester Yunayted” portuqaliyalı futbolçu Bruno Fernandeslə yeni müqavilə imzalayıb.

Sportinfo.az xəbər verir ki, yeni müqavilə 2026-cı ilə qədər qüvvədə olacaq və anlaşmada daha bir mövsüm uzadılması maddəsi də yer alacaq.

Yeni müqavilə imzaladıqdan sonra Fernandes “Mançester Yunayted”də ən çox maaş alan 3 futbolçudan biri olub. Onun ildə 14-15 milyon avro qazanacağı bildirilir.

27 yaşlı portuqaliyalı futbolçu 2020-ci ilin yanvarından “Mançester Yunayted”də çıxış edir. O, bu müddət ərzində 117 oyun keçirib, 49 qol vurub, 39 məhsuldar ötürmə edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti