“Yuventus”un argentinalı hucumçusu Paulo Dibala növbəti mövsümdən İngiltərə Premyer Liqasında oynaya bilər.
Sportinfo.az xəbər verir ki, bir müddət öncə “Yuventus”un direktoru Maurisio Arrivabene Dibalanın klubun gələcək planlarında olmadığını söyləmişdi.
Onun bu fikirlərindən sonra futbolçu ilə bağlı yeni iddialar üzə çıxmağa davam edir. Fransa PSJ-sindən sonra İngiltərənin “Arsenal” klubunun da Dibalanı heyətinə qatmaq istədiyi deyilir.
2015-ci ildə “Palermo”dan “Yuventus”a keçən Dibala “qoca sinyora” ilə 283 oyun keçirib və 113 qol vurub.

