Premyer Liqa klubunda iclas – Baş məşqçi postuna əsas namizəd müəyyənləşdi

1 Aprel 2022 21:40 İngiltərə 722
Premyer Liqa klubunda iclas – Baş məşqçi postuna əsas namizəd müəyyənləşdi

“Mançester Yunayted” rəhbərliyi iclas keçirib.

Sportinfo.az xəbər verir ki, iclasda baş məşqçi məsələsi müzakirə olunub.

Müzakirələrdən sonra komandanın “sükanı” tapşırılacaq əsas namizəd müəyyənləşib. Bu, “Ayaks”ın çalışdırıcısı Erik ten Haqdır.

Məlumata görə, “qırmızı şeytanlar”ın əməkdaşları PSJ-nin baş məşqçisi Mauritsio Poçettino və adı açqılanmayan başqa bir mütəxəssislə də əlaqə saxlayıblar.

Namizədlərlə söhbətdən sonra rəhbərliyin iclasında əsas hədəf müəyyənləşib. MY-ni hazırda Ralf Ranqnik çalışdırır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti