"Barselona" ilə razılıq əldə etmişdi, son anda qaldı

1 Aprel 2022 01:40 İngiltərə 3 311
"Barselona" ilə razılıq əldə etmişdi, son anda qaldı

İspaniyalı müdafiəçi Sezar Aspilikueta "Çelsi"də qalacaq.

Sportinfo.az xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb.

32 yaşlı sağ cinah müdafiəçisi London təmsilçisi ilə mövsümün sonunda bitməli olan müqaviləsini uzatmaqla bağlı razılıq verib. Kapitan daha bir il "zadəganlar"ın şərəfini qoruyacaq.

İspaniya millisinin üzvünün "Barselona" ilə razılıq əldə etdiyi və mövsümün sonunda azad agent statusu ilə Kataloniya klubuna keçəcəyi gözlənilirdi.

Sezar Aspilikueta "Çelsi"yə 2012-ci ilin yayında Fransa "Marsel"indən transfer olunub.

Təcrübəli müdafiəçi cari mövsümdə Premyer Liqa klubunun heyətində meydana çıxdığı 35 oyunda 2 qol və 3 qol ötürməsi ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…
24 Oktyabr 03:40 12 oyunun vaxtı - Bu liqada