Bu hücumçunu istəyən olsa, satacaqlar – 40 milyona

30 Mart 2022 15:40 İngiltərə 684
Bu hücumçunu istəyən olsa, satacaqlar – 40 milyona

“Çelsi” Timo Vernerlə bağlı qəti qərar qəbul edib.

Sportinfo.az xəbər verir ki, klub rəhbərliyi almaniyalı forvardı nəyin bahasına olursa-olsun saxlamaq niyyətində deyil.

Əgər münasib təklif olarsa, yayda onu sata bilərlər.

“Zadəganlar” hücumçunun satışından 40 milyon avro qazanmağı planlaşdırırlar. 26 yaşlı futbolçunun müqaviləsi 2025-ci ilin yayında başa çatır.

O, cari mövsümdə 7 qol vurub, 4 qol ötürməsi edib. Verner “Çelsi”yə 2020-ci ildə 53 milyon avro müqabilində “Leyptsiq”dən keçib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…
24 Oktyabr 03:40 12 oyunun vaxtı - Bu liqada