"Lənət şeytana, o, mızıldanır, mən isə heç nə başa düşmürəm!”

29 Mart 2022 15:40 İngiltərə 677
"Lənət şeytana, o, mızıldanır, mən isə heç nə başa düşmürəm!”

"Mançester Yunayted"in sabiq hücumçusu Ueyn Runi birgə oynadığı futbolçularla başına gələn maraqlı hadisələrdən danışıb.

Sportinfo.az xəbər verir ki, hazırda "Derbi Kaunti"nin baş məşqçisi olan Runi argentinalı hücumçu Karlos Tevesi xatırlayıb:

“İki il ərzində Teveslə oynamaqdan həzz aldım. Tez-tez onu evindən götürürdüm və birlikdə hava limanına gedirdik.

Düzünü desəm, onunla 30 dəqiqə danışırdıq, amma ağzından nə çıxdığını müəyyən edə bilmirdim.

O, sadəcə, nəsə mızıldanırdı. Mən özüm də çox yaxşı natiq deyiləm, amma o an öz-özümə belə deyirdim: “Lənət şeytana, o, mızıldanır, mən isə heç nə başa düşmürəm!”.

Onunla söhbət zamanı pərişan olurdum. Bu, həyatımın ən böyük məyusluqlarından biri idi”.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…
24 Oktyabr 03:40 12 oyunun vaxtı - Bu liqada