Premyer Liqa nəhəngi Portuqaliya millisinin üzvünü istəyir

27 Mart 2022 12:00 İngiltərə 790
Premyer Liqa nəhəngi Portuqaliya millisinin üzvünü istəyir

"Mançester Siti" klubu heyətini yeni futbolçu ilə gücləndirməyi planlaşdırır.

Sportinfo.az xəbər verir ki, Premyer Liqa təmsilçisi "Sportinq"in yarımmüdafiəçisi Mateus Nuneslə maraqlanır.

Portuqaliya klubu Pep Qvardiolanın komandasına görmək istədiyi 23 yaşlı futbolçu üçün 40 milyon avro tələb edir.

"A Bola"nın yazdığına görə, "Şəhərlilər" Portuqaliya millisinin üzvü üçün bu məbləği ödəməyə hazırdı.

Mateus Nunen cari mövsümdə "Sportinq"in heyətində meydana çıxdığı 43 oyunda 3 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti