Komandası 90+9-cu dəqiqədə qol vurdu, sevincindən əlini sındırdı - FOTO

20 Mart 2022 21:40 İngiltərə 827
Komandası 90+9-cu dəqiqədə qol vurdu, sevincindən əlini sındırdı - FOTO

“Everton”un baş məşqçisi Frenk Lempard kuryoz hadisə nəticəsində zədələnib.

Sportinfo.az xəbər verir ki, o, Premyer Liqanın 20-ci turundan təxirə salınmış və ötən gecə baş tutan “Nyukasl”la ev oyununda əlini sındırıb.

Lempard 90+9-cu dəqiqədə vurduqları qələbə qolunu qeyd edərkən xoşagəlməz aqibətlə üzləşib. 43 yaşlı mütəxəssis hadisəni belə xatırlayır:

“Heç nəyə yumruq atmadım. Amma 2 dəqiqə sonra əlimin titrədiyini hiss etdim. Bu cür nəticələr qazanaq, hər həftə əziyyət çəkməyə hazıram”.

“Everton” “Nyukasl”la oyundan 1:0 hesablı qələbə ilə ayrılıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…
24 Oktyabr 03:40 12 oyunun vaxtı - Bu liqada