"Mançester Yunayted"in ulduzu Kriştianu Ronaldo komandanı tərk etmək fikrində deyil.
Sportinfo.az xəbər verir ki, "qırmızı şeytanlar" mövsümün sonunda Çempionlar Liqasına vəsiqə qazana bilməsə belə, hücumçu klubda qalmaq istəyir.
Digər tərəfdən, Avropanın top klubları arasında portuqaliyalı oyunçuya tələbat yoxdur, çünki onun maaş tələblərini çox az klub ödəyə bilir.
Ronaldo bu mövsüm "Mançester Yunayted"in heyətində bütün turnirlərdə 33 oyuna çıxıb, 18 qol vurub və 3 məhsuldar ötürmə edib.
“Mançester Yunayted” 29 matçda 50 xal toplayıb və 2021/2022 mövsümündə İngiltərə Premyer Liqasının turnir cədvəlində 5-ci yerdədir. İlk pillədə isə 69 xala malik "Mançester Siti" qərarlaşıb.

