Premyer Liqa klubu ona həftəlik 600 min avro maaş təklif etdi

17 Mart 2022 10:20 İngiltərə 706
Premyer Liqa klubu ona həftəlik 600 min avro maaş təklif etdi

Dortmund "Borussiya"sının hücumçusu Erlinq Holand dünyanın ən çox məvacib alan futbolçu ola bilər.

Sportinfo.az xəbər verir ki, amma bunun üçün norveçli futbolçu"Mançester Siti"nin təklifini qəbul etməlidir.

Məlumata görə, “şəhərlilər” ona həftəlik 600 min avro maaş təklif ediblər.

“Siti” rəhbərliyi ən yaxın müddətdə təkliflərinə cavab gözlədiklərini bildiriblər.

Bir müddət əvvəl məlumat yayılmışdı ki, “şəhərlilər” norveçli hücumçu ilə müqavilə imzalamaq üçün maliyyə imkanlarına malikdirlər. Hətta o da qeyd olunurdu ki, tərəflər ilkin müqavilə şərtlərini də razılaşdırıblar.

Norveçlinin müqaviləsi 2024-cü ilin yayında başa çatır.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…
24 Oktyabr 03:40 12 oyunun vaxtı - Bu liqada