Paytaxt klubu açıqlama yaydı: "Hökumətdən tələb edirik ki... "

16 Mart 2022 10:00 İngiltərə 752
Paytaxt klubu açıqlama yaydı: "Hökumətdən tələb edirik ki... "

"Çelsi" klub ətrafında yaranan mövcud vəziyyətlə bağlı azarkeşlərə müraciət edib.

Sportinfo.az xəbər verir ki, müraciətdə bilet satışı ilə bağlı yaranan problem haqda azarkeşlər məlumatlandırılıb:

“Klub hələ də Böyük Britaniya hökumətindən bilet satışı üçün razılıq gözləyir. O cümlədən, bu həftə sonu Midlsbroda keçiriləcək İngiltərə Kubokunun oyunu üçün də bilet satışı bu cavabdan asılıdır.

Biz hökumətdən tələb edirik ki, azarkeşlərimizə bilet əldə etmək imkanı versin. Həll yolunu tapmaq üçün gündəlik toplantılar keçirilir.

Bundan əlavə, Premyer Liqa və Futbol Assosiasiyası da bu məsələni hökumətlə müzakirə edirlər. Burada idmanın ədalət prinsipləri pozulur.

Azarkeşlərimizin məyusluğunun fərqindəyik və problemi mümkün qədər tez həll etmək üçün əlimizdən gələni edirik”.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…
24 Oktyabr 03:40 12 oyunun vaxtı - Bu liqada