“Mançester Yunayted”in sahibləri-Qleyzer qardaşları “Old Trafford”u təmir etmək niyyətindədirlər.
Sportinfo.az xəbər verir ki, bunun üçün üç variant nəzərdən keçirilir.
Hətta "Old Trafford"un tamamilə sökülməsi və yeni stadionun tikintisi ilə bağlı fövqəladə təklif də nəzərdən keçirilir.
Digər iki variant daha realdır - birinci halda arxasından dəmiryol relslərinin keçdiyi,
köhnəlmiş Cənub tribunasının bərpası və genişləndirilməsidir. İkinci isə stadionun strukturunun saxlanılması şərtilə yenidənqurma işlərinin aparılmasıdır.
Bildirilir ki, Cənubi tribunasının yenidən qurulması variantı Qleyzerləri də cəlb edib.
“Yunayted” azarkeşlərinin də bu variantı dəstəklədiyi qeyd olunur. Müasir texnologiyalar dəmir yoluna toxunmadan tribunanı genişləndirməyə imkan verir.
“Old Trafford” 112 il əvvəl açılıb.

