Sportinfo.az xəbər verir ki, "Çelsi"nin hücumçusu Romelu Lukaku "İnter"ə qayıtmaq niyyətindədir.
Lukaku bu istəyini reallaşdırmaq üçün “İnter”də daha az məvacibə oynamağa da razıdır.
Belçikalı Milan klubuna rəğbətini mütəmadi olaraq dilə gətirir.
Onun “İnter”ə icarə əsasında qayıtmaq şansının da olduğu bildirilir. Amma qeyd olunur ki, hadisələrin gedişi Roman Abramoviçin “Çelsi”ni satıb-satmamağından asılıdır.
28 yaşlı hücumçu "Çelsi"nin heyətində bütün turnirlərdə keçirdiyi 31 oyunda 11 qol vurub və 2 məhsuldar ötürmə edib.
O, ötən mövsüm Skudettonu qazanan "İnter"də 44 matçda 30 qol vurub, 10 məhsuldar ötürmə edib.

