Paytaxt klubu dağılır? – “Mövsümü başa vura bilsək...”

14 Mart 2022 18:20 İngiltərə 1 112
Paytaxt klubu dağılır? – “Mövsümü başa vura bilsək...”

"Çelsi"nin baş məşqçisi Tomas Tuxel London klubundakı gələcəyini şərh edib.

Sportinfo.az xəbər verir ki, Tuxel mövsümün sonuna qədər “Çelsi”də qalacağını bildirib.

Amma o, özünün və komandanın gələcək taleyi ilə bağlı proqnoz verməkdən çəkinib:

“Mövsümün sonuna kimi qalacağıma şübhəm yoxdur. Buna əminəm.

Aydındır ki, çətin vəziyyətdir və biz həm də dünyanın ən yaxşı yarışlarından biri olan Premyer Liqanın bir hissəsiyik. Və inanıram ki, mövsümü başa vura bilsək, bu, turnirdə iştirak edən hər kəsə kömək edəcək”.

Mətbuat yayılan məlumata görə, “Mançester Yunayted” Tomas Tuxelin xidmətində maraqlıdır.

Böyük Britaniya hökuməti “Çelsi”nin sahibi Roman Abramoviçə qarşı sanksiyalar tətbiq edib və onun aktivləri dondurulub.

Abramoviç klubun satıldığını elan edib, lakin sanksiyalara görə bunu reallaşdıra bilmir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti