Məşhur hücumçu mətbuatda yayılan bu xəbərlərdən qəzəblənib

14 Mart 2022 10:20 İngiltərə 1 001
Məşhur hücumçu mətbuatda yayılan bu xəbərlərdən qəzəblənib

“Çelsi”nin hücumçusu Romelu Lukaku “İnter”ə qayıtmaq fikrində deyil.

Sportinfo.az xəbər verir ki, belçikalı hücumçunun London klubunu tərk etmək fikri yoxdur.

Lukaku rusiyalı milyarder, “Çelsi”nin sahibi Roman Abramoviçə qarşı tətbiq edilən sanksiyalar fonunda klubu tərk etmək istədiyi haqda mətbuatda yayılan xəbərlərdən qəzəblənib.

Xəbərdə bildirilir ki, Lukaku, indiki məqamda “Çelsi”nin futbolçularının birlik nümayiş etdirməli olduğunu düşünür.

Belçikalı futbolçunun keçmiş klubu “İnter”ə qayıtmaq fikri yoxdur. “Çelsi” rəhbərliyi digər oyunçular kimi, Lukakunu da vəziyyəti sabitləşdirməyə və sanksiyaların təsirini minimuma endirməyə çalışdıqlarına əmin edib.

28 yaşlı hücumçu bu mövsüm “Çelsi”nin heyətində 31 oyunda 11 qola imza atıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…
24 Oktyabr 03:40 12 oyunun vaxtı - Bu liqada