Haland “Mançester Siti” ilə müqavilə şərtlərini razılaşdırıb?

13 Mart 2022 15:40 İngiltərə 524
Haland “Mançester Siti” ilə müqavilə şərtlərini razılaşdırıb?

“Borussiya”nın (Dortmund) hücumçusu Erlinq Haland “Mançester Siti”yə keçməyə çox yaxındır.

Sportinfo.az xəbər verir ki, İngiltərə klubu 22 yaşlı norveçli hücumçu ilə şəxsi müqavilə şərtlərini razılaşdırıb.

Halandla “Barselona” da yaxından maraqlanır.

Haland cari mövsümdə Almaniya Bundesliqasında 14 matçda iştirak edib, 16 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Onun Dortmund təmsilçisi ilə müqaviləsi 2024-cü ildə bitəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti