Paytaxt klubunun 600 milyonu batır – Məşhur şirkət imtina edir

12 Mart 2022 10:20 İngiltərə 706
Paytaxt klubunun 600 milyonu batır – Məşhur şirkət imtina edir

“Çelsi”nin texniki sponsoru “ Nike” londonlularla əməkdaşlığı dayandırmağı planlaşdırır.

Sportinfo.az xəbər verir ki, “Çelsi” ilə “Nike” arasında əməkdaşlıq 2016-cı ildən başlayıb.

Müqaviləyə əsasən, London klubu 15 il ərzində, təxminən 1 milyard avro qazanacaqdı.

Müqavilə ləğv olunarsa, “Çelsi” 600 milyon avro itirəcək. Daha əvvəl klubun titul sponsoru olan "Three" telekommunikasiya şirkəti də "Çelsi" ilə əlaqələri dayandırdığını elan etmişdi.

“Zadəganlar”ın digər tərəfdaşı, avtomobil istehsalçısı “Hyundai” hazırda əməkdaşlığın davam etdirilməsi perspektivini qiymətləndirir.

Martın 10-da İngiltərə hökuməti "Çelsi"nin sahibi Roman Abramoviçə qarşı sanksiyalar tətbiq edib. Rusiyalı iş adamının aktivləri, o cümlədən futbol klubu bloklanıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti