Böyük Britaniya hökuməti rusiyalı iş adamı Roman Abramoviçə qarşı sanksiya tətbiq edib.
Sportinfo.az xəbər verir ki, rusiyalı milyarderin aktivləri, o cümlədən, “Çelsi”nin aktivləri dondurulub.
Abramoviçin Britaniya hökumətinin “qara siyahısı”na salınmasını nüfuzlu “Reuters” agentliyi də təsdiqləyir.
Məlumata görə, “Çelsi” futbolla bağlı fəaliyyəti davam etdirmək üçün xüsusi lisenziya alıb. “zadəganlar” bütün yarışlarda iştirak edə biləcəklər, lakin sanksiyalar, faktiki olaraq klubun satışını qadağan edir.
Xatırladaq ki, fevralın 26-da Abramoviç klubun idarəçiliyini “Çelsi” Xeyriyyə Fondunun qəyyumlarına təhvil verib.
Martın 2-də o, klubu satmaq niyyətində olduğunu açıqlayıb. Rusiyalı iş adamı “zadəganlar”ın satışından 4 milyard funt sterlinq (4,84 milyard avro) əldə etmək istəyirdi.

