Premyer Liqa klubu Koutinyo üçün 40 milyon avro ödəyəcək?

10 Mart 2022 00:20 İngiltərə 1 037
Premyer Liqa klubu Koutinyo üçün 40 milyon avro ödəyəcək?

“Aston Villa” “Barselona”dan icarəyə götürdüyü Filippe Koutinyonu komandada saxlamaq istəyir.

Sportinfo.az xəbər verir ki, braziliyalı futbolçunun Birmingem klubu ilə icarə müqaviləsi mövsümün sonuna qədərdi.

Amma “Aston Villa” 40 milyon avro ödəməklə Koutinyonu birdəfəlik transfer edə bilər.

“Aston Villa”nın baş məşqçisi Stiven Cerrard da 29 yaşlı yarımmüdafiəçinin komandada qalmasını istəyir. Ancaq “Aston Villa” rəhbərliyi may ayına qədər Koutinyonun gələcəyi ilə bağlı qərar verməyəcək.

“Barselona” isə yayda “sambaçı”nı satmaq niyyətindədir.

Koutinyo “Aston Villa” ilə İngiltərə Premyer Liqasında 7 matçda 3 qol vurub, 3 məhsuldar ötürmə verib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…
24 Oktyabr 03:40 12 oyunun vaxtı - Bu liqada