Büdcə azalacaq – Çempionlar Liqasına vəsiqə qazanmasalar

7 Mart 2022 18:20 İngiltərə 807
Büdcə azalacaq – Çempionlar Liqasına vəsiqə qazanmasalar

“Mançester Yunayted” Çempionlar Liqasına vəsiqə qazana bilməsə, transfer büdcəsini azaldacaq.

Sportinfo.az xəbər verir ki, “qırmızı şeytanlar” mövsümün sonunda Çempionlar Liqasına vəsiqə qazanacağı təqdirdə, yeni futbolçulara təxminən 80 milyon funt-sterlinq xərcləməyi planlaşdırır.

ÇL-ə vəsiqə əldə olunmasa, MY-nin yay transferləri üçün büdcəsi 50 milyon funt-sterlinqə qədər azalacaq.

“Mançester Yunayted” hazırda Premyer Liqada 27 oyundan sonra 47 xalla 4-cü yerdədir.

“Qırmızı şeytanlar” bu gün saat 20.30-da “Mançester Siti” ilə qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…
24 Oktyabr 03:40 12 oyunun vaxtı - Bu liqada