Ronaldonun bu addımı bütün komandanı özündən çıxardı

7 Mart 2022 12:00 İngiltərə 902
Ronaldonun bu addımı bütün komandanı özündən çıxardı

"Mançester Yunayted"in ulduzu Kriştiano Ronaldo İngiltərə Premyer Liqasının 28-ci turunda "Mançester Siti" ilə səfər görüşü (1:4) öncəsi verdiyi qərarla komanda yoldaşlarını və rəhbərliyi şoka salıb.

Sportinfo.az xəbər verir ki, bu barədə “The Athletic” məlumat yayıb.

Bildirilib ki, 37 yaşlı oyunçu Mançester derbisində iştirak etməyəcəyi dəqiqləşən kimi Portuqaliyaya yollanıb.

Ronaldo bu ilin əvvəlində onu narahat edən zədəsinin təkrarlandığını bildirib, bundan sonra bazar günündən əvvəl vətəninə gedib.

Zədəli oyunçuların matçlara getməsi tələb olunmur. Ancaq vacib səfər görüşü öncəsi portuqaliyalı futbolçunun bu addımı ciddi narazılığa səbəb olub.

Digər futbolçular Ronaldonun stadionda olmasının komandaya fayda verə biləcəyinə inanırlar.

"Mançester Yunayted" derbidə "Mançester Siti"yə 1:4 hesabı ilə uduzub.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…
24 Oktyabr 03:40 12 oyunun vaxtı - Bu liqada