İrlandiyalı qarışıq döyüş ustası Konor Makqreqor İngiltərənin “Çelsi” klubunu almağa hazırdır.
Sportinfo.az xəbər verir ki, Makqreqor bu barədə “tvitter” hesabında məlumat yaylb.
O, “Çelsi”ni 1,5 milyard funt-sterlinqə almağa hazır olduğunu bildirib:
“Mən 1,5 milyard funt-sterlinqlik təklifimi irəli sürürəm”.
Rusiyanın Ukraynaya hücumundan sonar rus iş adamı Roman Abramoviç İngiltərə hökumətinin də təzyiqi ilə sahibi olduğu “Çelsi”ni satışa çıxarıb.

