Abramoviç “Çelsi”ni satıb pulu nəyə xərcləyəcək?

3 Mart 2022 15:20 İngiltərə 790
Abramoviç “Çelsi”ni satıb pulu nəyə xərcləyəcək?

Rusiyalı iş adamı Roman Arbamoviç “Çelsi”nin satışından əldə edəcəyi gəliri nəyə sərf edəcəyini açıqlayıb:

Sportnfo.az xəbər verir ki, bu barədə milyarder özü məlumat verib.

O deyib ki, vəsaiti Ukraynadakı müharibədən zərər çəkənlərə yardım fonduna verəcək:

“Xeyriyyə fondu Ukraynadakı müharibənin bütün qurbanlarına dəstək olacaq. Bura insanların təcili ehtiyaclarını ödəmək üçün vəsaitlərin verilməsi, habelə onların sağalması üçün uzunmüddətli işlərin dəstəklənməsi daxildir”.

Roman Abramoviç 2003-cü ildən "Çelsi"nin sahibidir.

Bir müddət əvvəl britaniyalı deputat Kris Brayant Rusiya hakimiyyət orqanları ilə əlaqəsinə görə Abramoviçin kluba sahiblik hüququndan məhrum edilməsini təklif etmişdi.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…
24 Oktyabr 03:40 12 oyunun vaxtı - Bu liqada