“Çelsi”nin sahibi Roman Abramoviç klubu satmaq üçün bu həftə ərzində təkliflər alacaq.
Sportinfo.az xəbər verir ki, bu barədə məlumatı “The Telegraph” yayıb.
Mənbənin sözlərinə görə, söhbət üç potensial alıcıdan gedir.
Həftə sonuna qədər iş adamına qarşı tətbiq oluna biləcək sanksiyalar sövdələşmənin bağlanmasına mane ola bilər. Fevralın 26-da Abramoviç klubun idarəçiliyini “Çelsi” Xeyriyyə Fondunun qəyyumlarına təhvil verib.
Abramoviç 2003-cü ildən "Çelsi"nin sahibidir. Bu müddət ərzində “təqaüdçülər” 4 dəfə İngiltərə çempionu olub, 2 dəfə Çempionlar Liqasını, 2 dəfə də Avropa Liqasını qazanıb.

