Oğlu deyir ki, ata, gözlə, səninlə oynamaq istəyirəm

2 Mart 2022 22:00 İngiltərə 618
Oğlu deyir ki, ata, gözlə, səninlə oynamaq istəyirəm

"Mançester Yunayted"in hücumçusu Kriştiano Ronaldo oğlunun arzusu barədə danışıb.

Sportinfo.az xəbər verir ki, Kriştianonun oğlu atasının karyerasını bitirməsini istəmir.

O, atası ilə eyni komandada oynamaq niyyətindədir: “Oğlum mənə belə deyir: “Ata, daha bir neçə il gözlə, mən səninlə oynamaq istəyirəm”.

Xatırladaq ki, Ronaldo 2021-ci ilin yayında "Yuventus"dan "Mançester Yunayted"ə qayıdıb.

Bu mövsüm forvard İngiltərə Premyer Liqasında 23 matçda iştirak edib, 9 qol vurub və 3 məhsuldar ötürmə verib.

Ronaldonun ingilis klubu ilə müqaviləsi 2023-cü ildə başa çatır. “Transfermarkt” portuqaliyalı oyunçunu 35 milyon avro dəyərində qiymətləndirir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti