"Mançester Yunayted”in keçmiş müdafiəçisi Qari Nevill Roman Abramoviçin London “Çelsi”sindən getməsi ilə bağlı fikirlərini bildirib.
Sportinfo.az xəbər verir ki, hazırda telekanalda ekspert işləyən Nevill Abramoviçi kəskin tənqid edib.
O, rusiyalı milyarderin bu addımını qorxaqlıq adlandırıb:
“Ola bilsin ki, onun bəyanatını oxuyan bəziləri belə düşünə bilər: “Ooo... Bu, nəcib jestdir, düzgün addımdır”. Amma qəyyumların kimlərdir?
“Çelsi”nin qadın komandasının meneceri Emma Heys, ayrı-seçkiliyə qarşı “Kick It Out” kampaniyasını yaradan Piar Povar və idman hüquqşünası Con Divay. Aydındır ki, onlar “Çelsi”ni idarə etmək niyyətində deyillər.
Məncə, Roman Abramoviçin son 20 ildə gördüyü ən ağıllı işlərdən biri danışmamaq, açıqlama verməmək idi. Çünki onun son açıqlaması cavabdan çox, sual yaradıb.
Əgər sən fondun idarə heyətində yaxşı adamları “xəstəxanaya yollamaq” yolunu tutursansa, bu, qorxaq addım sayılmalıdır.
Premyer Liqanın 6 ən yaxşı klubunun sahibləri reallıqdan uzaq adamlardır.
Onlar özlərini ağıllı PR komandası ilə əhatə edəcəklərini və bizi dəbdəbəli sözlərlə aldada biləcəklərini düşünürlər. Lakin bu taktika işə yaramır”.

