Premyer Liqanın iki klubu meydana Ukrayna formaları ilə çıxdı – VİDEOLAR+FOTOLAR

27 Fevral 2022 00:10 İngiltərə 821
Premyer Liqanın iki klubu meydana Ukrayna formaları ilə çıxdı – VİDEOLAR+FOTOLAR

İngiltərə Premyer Liqasında XXVII turun "Everton" - "Mançester Siti" matçında hər iki komanda meydana Ukrayna simvolları ilə çıxıb.

Sportinfo.az xəbər verir ki, onlar Rusiyanın Ukraynaya hərbi müdaxiləsini pisləyiblər.

"Everton" futbolçuları əyinlərinə Ukrayna bayrağı geyiniblərsə, "Mançester Siti"nin oyunçularının formalarında "sarı-göy" bayraq olub. Ukrayna simvolu tribunalardakı bir çox azarkeşdə də olub.

"Everton" və "Mançester Siti"nin ukraynalı futbolçuları Vitali Mikolenko ilə Aleksandr Zinçenço ehtiyat oyunçular skamyasında qalıb. Lakin onlar oyunqabağı məşq zamanı göz yaşlarına hakim ola bilməyərək, qucaqlaşıblar.

Görüş "Mançester Siti"nin qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə qolu 81-ci dəqiqədə Fil Foden vurub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti