“Çelsi”nin rusiyalı sahibinə Böyük Britaniyada yaşamaq qadağası

26 Fevral 2022 15:40 İngiltərə 1 009
“Çelsi”nin rusiyalı sahibinə Böyük Britaniyada yaşamaq qadağası

“Çelsi”nin rusiyalı sahibi Roman Abramoviçin Böyük Britaniyada yaşaması qadağan edilib.

Sportinfo.az xəbər verir ki, bu barədə “The Sun” qəzeti məlumat yayıb.

Xəbərdə bildirilib ki, Rusiyanın Ukrayna ilə apardığı müharibəyə görə çətin ki, Abramoviçin yenidən Böyük Britaniyada yaşamasına icazə verilsin. Abramoviç Rusiya prezidenti Vladimir Putinin tərəfdarı olan 35 oliqarxdan biridir.

Rusiyalı milyarderin bir neçə aydır “Çelsi”nin ofisində görünmədiyi bildirilib.

Abramoviç 2003-cü ildən “Çelsi”nin sahibidir.

Digər Xəbərlər
Xəbər Lenti
2 Sentyabr 16:10 Çək və bizə göndər!
2 Sentyabr 13:50 "Sportinfo TV”də GÜNDƏM