"Mançester Siti" dramatik matçda "Tottenhem"ə uduzdu - VİDEO

20 Fevral 2022 01:30 İngiltərə 703
"Mançester Siti" dramatik matçda "Tottenhem"ə uduzdu - VİDEO

İngiltərə Premyer Liqasında XXVI turun mərkəzi görüşü "Mançester Siti" və "Tottenhem" arasında keçirilib.

Sportinfo.az xəbər verir ki, Mançesterdəki "Etihad" stadionunda təşkil olunmuş qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 3:2.

Hesabı 4-cü dəqiqədə London təmsilçisinin futbolçusu Deyan Kulusevski açıb. 33-cü dəqiqədə İlkay Gündoğan bərabərlik qolunu vursa da, 59-cu dəqiqədə Harri Keyn qonaqları yenidən önə çıxarıb.

Son 2 qol isə uzatma dəqiqələrinə təsadüf edib. 90+2-ci dəqiqədə Riyad Mahrezin penalti zərbəsi ilə tarazlıq bir daha bərpa edilsə də, 90+5-ci dəqiqədə Keyn özünün ikinci, komandasının qələbə topunun müəllifi olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti