“Everton”un hücumçusu Rişarlison əzəli rəqibin uğursuzluğunu İngiltərə futbolunun mənafeyindən üstün tutur.
Sportinfo.az xəbər verir ki, hücumçu "Liverpul"un Çempionlar Liqasını qazanmasını istəmir.
O, əzəli rəqibin fanatlarının onları ələ saldıqlarını da vurğulayıb:
“Düzünü deyəcəm, “Liverpul”un ÇL-in qazanmasını istəmirəm. Çünki onlar bizim əzəli rəqibimizdir.
Onlar bizimlə hər cür zarafat edir, hətta “Liverpul” azarkeşləri sosial şəbəkələrdə bizi ələ də salırlar. Buna görə də seçim etməli olsam, “Liverpul”un qalib gəlməsini istəməzdim”.
“Liverpul” ÇL-in 1/8 finalının ilk qarşılaşmasında səfərdə “İnter”ə qalib gəlib – 2:0.

