“Yanvarda dörd vacib oyunçu getdi, ikisi gəldi - Güclənmək əvəzinə zəifləmişik”

17 Fevral 2022 22:00 İngiltərə 721
“Yanvarda dörd vacib oyunçu getdi, ikisi gəldi - Güclənmək əvəzinə zəifləmişik”

"Tottenhem"in baş məşqçisi Antonio Konte London klubunun transfer siyasətindən danışıb.

Sportinfo.az xəbər verir ki, o, transferlərdən narazılığını ifadə edib:

“Yanvarda dörd vacib oyunçu getdi, ikisi gəldi. Hətta kağız üzərində güclənmək əvəzinə zəifləmişik.

“Tottenhem” hazır deyil, inkişaf edə bilən gənc oyunçular axtarır. Məsələ bundadır”.

Bu qış “Tottenhem Hotspur” “Yuventus”dan Deyan Kuluşevskini icarəyə götürüb və Turin təmsilçisindən yarımmüdafiəçi Rodriqo Bentankuru 19 milyon avroya alıb.

Dele Alli (“Everton”) komandadan ayrılıb, yarımmüdafiəçilər Covanni Lo Selso (“Vilyarreal”), Brayan Qil (“Valensiya”) və Tanqay Ndombele (“Lion”) icarəyə verilib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…
24 Oktyabr 03:40 12 oyunun vaxtı - Bu liqada