"Bu qədər əsəbiləşdiyini görməmişdim, elə sözlər işlədirdi ki…"

14 Fevral 2022 18:40 İngiltərə 943
"Bu qədər əsəbiləşdiyini görməmişdim, elə sözlər işlədirdi ki…"

"Arsenal"ın sabiq yarımmüdafiəçisi Robert Pires "topçular"ın baş məşqçisi Arsen Vengerin 2001-ci ildə "Mançester Yunayted"ə 1:6 hesabı ilə uduzduqları oyundan sonra reaksiyası haqda danışıb.

Sportinfo.az xəbər verir ki, Pires Vengerin olduqca qəzəbli olduğunu bildirib:

“Mən Vengerin bu qədər əsəbiləşdiyini görməmişdim. Elə sözlər işlədirdi ki, hələ indiyə qədər ondan belə ifadələr eşitməmişdim.

İlk hissədə 1:5 hesabı ilə uduzurduq. Dəhşətli idi. Demək olar ki, paltardəyişmə otağında hər şeyi sındırdı. O, yəqin ki, bizə görə utanırdı. Xüsusən də əsas rəqibi Aleks Ferqyusona qarşı matçda belə biabırçı oyun üçün”.

Arsen Venger 2019-cu ilin noyabr ayından FİFA-nın futbolun inkişafı üzrə rəhbəridir. Fransız mütəxəssis 1996-2018-ci illərdə "Arsenal"a rəhbərlik edib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…
24 Oktyabr 03:40 12 oyunun vaxtı - Bu liqada