"Deyəsən, kimsə bizi lənətləyib, ya da başqa bir şey olub"

12 Fevral 2022 21:40 İngiltərə 516
"Deyəsən, kimsə bizi lənətləyib, ya da başqa bir şey olub"

"Mançester Yunayted"in qapıçısı David De Xea komandanın uğursuz çıxışı ilə bağlı açıqlama verib.

Sportinfo.az xəbər verir ki, ispaniyalı "əlcək sahibi" düşdükləri vəziyyətin səbəbini anlamadığını deyib:

"Deyəsən, kimsə bizi lənətləyib, ya da başqa bir şey olub. Nələr olduğunu bilmirəm və anlamıram.

Komanda yoldaşlarımızla da danışırıq. Heç kim bu vəziyyəti anlamır".

"Mançester Yunayted" İngiltərə Premyer Liqasında 24 turdan sonra 39 xalla 6-cı pillədə qərarlaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti