"Mançester Yunayted" Kriştianu Ronaldonun kiçik oğlu Kriştian ilə rəsmi müqavilə bağlayıb.
Sportinfo.az xəbər verir ki, təqdimat mərasimindən görüntüləri ata Ronaldunun sevgilisi Corcina Rodriges şəxsi instaqram səhifəsində paylaşıb.
Həmin fotoda 11 yaşlı kiçik Kriştianu "qırmızı şeytanlar"ın 7 nömrəli formasını nümayiş etdirib. Kriştianinyo da atasının çıxış etdiyi nömrəni seçib.
Daha əvvəl o, "Yuventus"un akademiyasında çıxış edib və ötən ilin yayında İtaliya klubunu tərk edib.
Ronaldo "Mançester Yunayted"lə 2021-ci ilin yayında ikinci dəfə müqavilə bağlayıb. 37 yaşlı portuqaliyalı hücumçu 2003 - 2009-cu illərdə də bu klubun formasını geyinib.

