SƏRT CAVAB: “Onun oyununu bəyənmirsizsə, futbola baxmayın”

10 Fevral 2022 15:40 İngiltərə 634
SƏRT CAVAB: “Onun oyununu bəyənmirsizsə, futbola baxmayın”

“Aston Villa”nın baş məşqçisi Stiven Cerrard Filip Koutinyo haqda danışıb.

Sportinfo.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi “Lids”lə qarşılaşmada (3:3) bir qol vurub, bir qol ötürməsi edib.

Cerrard Koutinonun möhtəşəm formada olduğunu qeyd edib:

“Əgər siz Koutinyonun oyununu bəyənmirsinizsə, onda futbola baxmayın. Onun göstərdiyi performans, sadəcə mükəmməldir”.

“Aston Villa” Koutinyonu bu ilin yanvarından “Barselona”dan icarəyə götürüb. O, artıq İngiltərə Premyer Liqasında üç oyun keçirib və iki qol vurub və iki məhsuldar ötürmə verib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti