“Onunla aramızda problem yoxdur” - MY-nin baş məşqçisi

9 Fevral 2022 15:20 İngiltərə 602
“Onunla aramızda problem yoxdur” - MY-nin baş məşqçisi

"Mançester Yunayted”in baş məşqçisi Ralf Ranqnik az şans qazanan yarımmüdafiəçi Cessi Linqardla bağlı açıqlama verib.

Sportinfo.az xəbər verir ki, “Sky Sports” telekanalına danışan alman mütəxəssis, Linqardla yaxşı əlaqələrinin olduğunu söyləyib:

“Linqardla yaxşı münasibətim var. Onu başqa bir kluba göndərməyə razı idim.

Lakin Meyson Qrinvudla bağlı yaşananlar qərarımızı dəyişdi. İndi Linqarda ehtiyacımız var. Onunla aramızda bir problem yoxdur”.

Qrinvud sevgilisinə fiziki zorakılıqda ittiham olunur. O, bu səbəbdən əsas komandadan uzaqlaşdırılıb.

Digər Xəbərlər
Xəbər Lenti
2 Sentyabr 16:10 Çək və bizə göndər!
2 Sentyabr 13:50 "Sportinfo TV”də GÜNDƏM