Ronaldoya nə olub, niyə "qol orucu" tutub?

9 Fevral 2022 12:00 İngiltərə 737
Ronaldoya nə olub, niyə "qol orucu" tutub?

"Mançester Yunayted"in ulduzu Kriştianu Ronaldo şəxsi antirekordunu təkrarlayıb.

Sportinfo.az xəbər verir ki, 37 yaşlı hücumçu 2010-cu ildən sonra ilk dəfə ardıcıl 5 oyunda qol vura bilməyib.

Təcrübəli forvard son olaraq "Börnli" ilə 1:1 hesablı heç-heçə etdikləri Premyer Liqanın XXIV tur oyununda iştirak edib. Ronaldo qarşılaşmanın 68-ci dəqiqəsində meydana daxil olub.

Portuqaliyalı hücumçu cari mövsüm Premyer Liqada 19 oyun keçirib, 8 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

"Mançester Yunayted" 23 oyuna 39 xalla 5-ci, "Börnli" isə 20 oyuna 14 xalla sonuncu - 20-ci pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…
24 Oktyabr 03:40 12 oyunun vaxtı - Bu liqada