Premyer Liqa nəhəngi Argentina millisinin hücumçusunu transfer etdi

1 Fevral 2022 01:40 İngiltərə 1 012
Premyer Liqa nəhəngi Argentina millisinin hücumçusunu transfer etdi

"Mançester Siti" heyətini yeni futbolçu ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, Premyer Liqa təmsilçisi "River Pleyt"dən Xulian Alvaresi rənglərinə bağlayıb.

22 yaşlı hücumçu ilə 5 il yarımlıq müqavilə imzalanıb. Argentina millisinin üzvü iyul ayına kimi icarə əsasında "River Pleyt"də çıxış edəcək.

Xulian Alvares "River Pleyt"in yetirməsidir. O, əsas komandanın heyətində meydana çıxdığı 96 oyunda 36 qol və 28 məhsuldar ötürmə ilə yadda qalıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti