Milli üzvünü icarəyə verir, razılıq əldə olundu - “Mançester Yunayted”

30 Yanvar 2022 01:40 İngiltərə 842
Milli üzvünü icarəyə verir, razılıq əldə olundu - “Mançester Yunayted”

“Mançester Yunayted”in futbolçusu Donni van de Bek klubu tərk edəcək.

Sportinfo.az xəbər verir ki, niderlandlı yarımmüdafiəçi “Kristal Pelas” ilə razılıq əldə edib.

Bu barədə italiyalı jurnalist Nikola Skira özünün “tvitter” hesabında məlumat yayıb.

O, “Kristal Pelas”ın “Mançester Yunayted”lə razılaşdığını və keçidin yaxın zamanda rəsmiləşəcəyini bildirib. Van de Bek mövsümün sonuna qədər icarə əsasında “Kristal Pelas”da çıxış edəcək.

24 yaşlı yarımmüdafiəçi bu mövsüm “Mançester Yunayted”lə 14 oyuna çıxıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…
24 Oktyabr 03:40 12 oyunun vaxtı - Bu liqada