Acun Ilıcalı satın aldığı klubu Arveladzeyə tapşırdı

28 Yanvar 2022 01:30 İngiltərə 860
Acun Ilıcalı satın aldığı klubu Arveladzeyə tapşırdı

"Hall Siti"uə yeni baş məşqçi təyin olunub.

Sportinfo.az xəbər verir ki, gürcüstanlı mütəxəssislə 2,5 illik müqavilə bağlanılıb.

48 yaşlı baş məşqçinin son iş yeri Özbəkistan "Paxtakor"u olub. Arveladze Daşkənd komandasına 2 dəfə ölkə çempionluğu və kubokunu qazandırıb.

"Hall Siti" İngiltərənin səviyyəcə ikinci sayılan Çempionşipində 27 oyundan sonra 19-cu pillədə qərarlaşıb. Klub türkiyəli iş adamı Acun Ilıcalıya məxsusdur.

Şota Arveladze Türkiyədə "Trabzonspor", "Kayserispor" və "Kasımpaşa"nın baş məşqçisi olub. O, 6 il əvvəl "Neftçi" ilə danışıqlar aparsa da, razılıq əldə olunmayıb.

Digər Xəbərlər
Xəbər Lenti