Bir neçə ulduz narazıdır – Ona görə getmək istəyirlər

27 Yanvar 2022 15:40 İngiltərə 702
Bir neçə ulduz narazıdır – Ona görə getmək istəyirlər

"Çelsi"nin bir neçə ulduzu klubun baş məşqçisi Tomas Tuxeldən narazıdır.

Sportinfo.az xəbər verir ki, narazılar arasında hücumçu Romelu Lukaku da var.

Bəzi futbolçular oyunlar zamanı Tuxelin sərt tənqidi ilə üzləşirlər. Məşqçinin belə davranışı onları əsəbiləşdirir.

Narazıların, əsasən hücumameyilli oyunçular olduğu bildirilir. Onların bəzilərinin komandanı tərk etmək niyyətində olduğu da deyilir.

Alman mütəxəssis “Çelsi”də ötən mövsümdən çalışır. O, Frenk Lempardı əvəzləyib. Tuxel debüt mövsümündə “Çelsi”yə Çempionlar Liqasında qələbə qazandırıb.

Digər Xəbərlər
Xəbər Lenti
2 Sentyabr 16:10 Çək və bizə göndər!
2 Sentyabr 13:50 "Sportinfo TV”də GÜNDƏM