Baş məşqçi ilə yeni müqavilə imzaladı - Premyer Liqa klubu

25 Yanvar 2022 21:40 İngiltərə 763
Baş məşqçi ilə yeni müqavilə imzaladı - Premyer Liqa klubu

"Brentford" baş məşqçi Tomas Frankla yeni müqavilə imzalayıb.

Sportinfo.az xəbər verir ki, Premyer Liqa təmsilçisi danimarkalı mütəxəssis və onun köməkçisi Brayan Rimerin sözləşməsinin müddətini uzadıb.

Yeni müqaviləyə əsasən 48 yaşlı məşqçi 2025-ci ilin yayına kimi "arılar"ı çalışdıracaq.

Tomas Frank 2018-ci ildən "Brentford"un baş məşqçisidir. Komanda onun rəhbərliyi altında Premyer Liqaya yüksəlib.

23 turdan sonra 23 xal toplayan "Brentford" İngiltərə Premyer Liqasında turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti