"Liverpul" "Arsenal"ı keçdi, finala yüksəldi - VİDEO

22 Yanvar 2022 12:20 İngiltərə 948
"Liverpul" "Arsenal"ı keçdi, finala yüksəldi - VİDEO

İngiltərə Liqa Kubokunda yarımfinal mərhələsinin oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, "Liverpul" səfərdə "Arsenal"ın qonağı olub.

Qarşılaşma Mersisayd təmsilçisinin 2:0 hesablı qələbəsiylə başa çatıb.

Bu komandalar arasında baş tutan ilk görüş qolsuz bərabərliklə başa çatdığı üçün Yurgen Kloppun komandası iki oyunun nəticəsinə görə finala yüksəlib.

"Liverpul" həlledici matçda "Çelsi" ilə qarşılaşacaq.

"Arsenal" - "Liverpul" 0:2

Qollar: Dieqo Jota, 19, 77

Qırmızı vərəqə: Tomas Partey, 90

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…
24 Oktyabr 03:40 12 oyunun vaxtı - Bu liqada