"Mən heç vaxt meydana çıxmaqdan imtina etməmişəm" - Baş məşqçinin açıqlamasını yalanladı

18 Yanvar 01:30 İngiltərə 309
"Mən heç vaxt meydana çıxmaqdan imtina etməmişəm" - Baş məşqçinin açıqlamasını yalanladı

“Mançester Yunayted”in futbolçusu Antonio Marsial komandanın baş məşqçisi Ralf Ranqnikin “Marsial bizimlə Birmingemə səfər etmək istəmədi” açıqlamasını yalanlayıb.

Sportinfo.az xəbər verir ki, fransalı hücumçu,məsələ ilə bağlı “instaqram” hesabında paylaşım edib.

Marsial paylaşımında bunları qeyd edib:

“Mən heç vaxt “Mançester Yunayted” üçün meydana çıxmaqdan imtina etməmişəm. Yeddi ildir buradayam. Kluba və azarkeşlərə hörmətsizlik etməmişəm və etmərəm də”.

Ranqnik “Aston Villa” ilə səfər matçını (2:2) buraxan Marsialın komanda ilə oyuna çıxmaq istəmədiyini bildirib.

Digər Xəbərlər
Xəbər Lenti