Paytaxt klubu maraq göstərdi – Braziliya klubundan ayrıldı

17 Yanvar 2022 12:20 İngiltərə 1 287
Paytaxt klubu maraq göstərdi – Braziliya klubundan ayrıldı

İspaniya yığmasının sabiq hücumçusu Dieqo Kosta "Atletiko Mineyro"dan ayrılıb.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, ispan öz təşəbbüsü ilə müqaviləyə xitam verib. Braziliya klubu ona gələcək karyerasında uğurlar arzulayıb.

Bir müddət əvvəl məlumat yayılmışdı ki, “Arsenal” Kostanın planları ilə maraqlanıb. Onun xidmətində “Kadis” və “Elçe”nin də maraqlı olduğu bildirilir.

Kosta “Atletiko Mineyro”da ötən ilin avqustundan çıxış edirdi. O, bu komanda ilə Braziliya çempionluğunu və kubokunu qazanıb. Hücumçu 19 oyunda meydana çıxıb, 5 qol vurub, 1 qol ötürməsi edib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…
24 Oktyabr 03:40 12 oyunun vaxtı - Bu liqada