"Ondan çox şey öyrənmişəm, burada özümü sübut edə biləcəm”

13 Yanvar 2022 12:00 İngiltərə 916
"Ondan çox şey öyrənmişəm, burada özümü sübut edə biləcəm”

“Aston Villa”nın yeni transferi Filippe Koutinyo açıqlama verib.

Sportinfo.az xəbər verir ki, London təmsilçisinin mətbuat xidmətinə danışan braziliyalı yarımmüdafiəçi “Aston Villa”ya keçdiyi üçün xoşbəxt olduğunu söyləyib:

“Belə böyük kluba keçdiyim üçün çox şadam. Baş məşqçi Stiven Cerrardla danışdım və mənə planlarını söylədi.

Cerrardı çoxdan tanıyıram. Onunla birlikdə oynamışam və ondan çox şey öyrənmişəm. Cerrarda heyranam. Ümid edirəm ki, burda özümü sübut edə biləcəm”.

Müqavilə ilə “Barselona”ya məxsus olan Koutinyo mövsümün sonuna qədər icarə əsasında “Aston Villa”da çıxış edəcək.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…
24 Oktyabr 03:40 12 oyunun vaxtı - Bu liqada