“Yarım saata yaxın danışdıq, mənə komandada qalacağını söylədi”

13 Yanvar 2022 00:10 İngiltərə 760
“Yarım saata yaxın danışdıq, mənə komandada qalacağını söylədi”

“Mançester Yunayted”in baş məşqçisi Ralf Ranqnik klubu tərk edəcəyi iddia olunan hücumçu Edinson Kavani haqda danışıb.

Sportinfo.az xəbər verir ki, alman mütəxəssis uruqvaylı futbolçunun komandada qalacağını söyləyib:

“Kavani ilə hardasa yarım saata yaxın danışmışıq. Özü mənə komandada qalacağını söylədi. Ümid edirəm ki, bütün gücünü ortaya qoyub, gənclərə örnək olar”.

Kavani bu mövsüm “Mançester Yunayted”lə 11 oyunda 2 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…
24 Oktyabr 03:40 12 oyunun vaxtı - Bu liqada